Bolqarıstan KİV-ləri Novruz bayramından yazır
13.3.2018

Bolqarıstanın “Cross” nəşri və “Fokus” xəbər agentliyi Novruz bayramı barədə məlumat yayıb.

Məlumatda Novruz bayramının tarixi, adət-ənənələri, su, od torpaq, yel çərşənbələri barədə danışılır.

Bildirilir ki, Novruz bayramı BMT-nin qeyri-maddi mədəni irsinə daxildir, 21 mart tarixi isə Azərbaycan tərəfinin təşəbbüsü ilə 2010-cu il fevralın 23-də BMT-nin 64-cu sessiyasında Beynəlxalq Novruz Günü kimi tanınıb. Bundan əlavə nəşrlər martın 16-da Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Sofiyanın Mərkəzi Hərbi Klubunda bayramla əlaqədar Azərbaycan və bolqar musiqiçilərindən ibarət geniş konsertin keçiriləcəyi barədə də məlumat verir. Bildirilir ki, tədbirdə Azərbaycan mətbəxinin ləziz təamları tədbir iştirakçılarına təqdim olunacaq.

azertag.az