Azərbaycanda diabet xəstələri və risk qrupuna daxil olan əhali üçün yeni xəbər
14.1.2013

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi şəkərli diabet xəstələri və risk qrupuna daxil olan əhali üçün təlimlər keçirəcək.

Mərkəzdən bazar ertəsi verilən məlumata görə, yanvarın 21-25-də şəkərli diabet, 28-30-da risk qrupuna aid əhali üçün Bakıda pulsuz təlimlər təşkil olunacaq.

Təlim zamanı iştirakçılara diabet haqqında məlumat veriləcək. Onlar bu təlimlərdə özünənəzarət vasitələrindən istifadə qaydaları, diabetin fəsadları və s. mövzularla bağlı bilik və bacarıqlar əldə edəcəklər.

Trend