"Kapital Bank": Artıq hər kəs "BirKart" ala bilər!
13.3.2018

"Kapital Bank"ın "BirKart" məhsulunu artıq məvacib və pensiyasını bankdan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər "Kapital Bank"ın istənilən filialına kart üçün müraciət edə bilərlər.

Bankdan bildiriblər ki, "BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək taksitlə hissə-hissə ödəmək imkanı, 40 günədək faizsiz kredit xətti, kartda olan tam məbləğin nağdlaşdırılması, həmçinin 10 faizədək Cash Back imkanı. "Visa" kartları əsasında olan "BirKart" 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

"BirKart" haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət etmək olar.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

azertag.az