Bakı metrosunun "28 May" stansiyasının girişinin bağlanacağı dəqiq tarix məlum olub
14.1.2013

Metronun "28 May" stansiyasının əsas girişində aparılan yenidənqurulma və müasirləşdirilmə işləri ilə əlaqədar stansiyanın girişi yanvarın 21-dən bağlanacaq.

Bu barədə bazar ertəsi Bakı Metrolitenindən məlumat verilib.

Metropolitendən deyildiyi kimi, stansiyada görülən işlər dövründə sərnişinlər stansiyanın ikinci girişindən, eləcə də "Cəfər Cabbarlı" stansiyasına keçiddən istifadə edə biləcəklər.

"Hələlik yalnız stansiyanın əsas girişi bağlanacaq, çıxış isə fəaliyyət göstərəcək və sərnişinlər ondan istifadə edə biləcəklər", - Bakı Metrolitenindən bildirilib.

Trend