Andrey Şevçenko futbola qayıdır
14.1.2013

Kievin “Dinamo” klubunun və Ukrayna yığmasının keçmiş oyunçusu Andrey Şevçenko xeyriyyəçilik məqsədilə İndoneziyada keçiriləcək futbol oyununda iştirak etmək niyyətindədir.

Fevralın 9-da Cakartada “Qızıl top”-2004-ün sahibləri olan keçmiş məşhur futbolçular Massimo Taibi, Franko Barezi, Alekssandro Kostakurta, Roke Juniyor, Massimo Oddo, Serjinyo, Ernan Krespo və başqaları əfsanəvi “Milan”ın tərkibində oynayacaqlar. Həmçinin Paolo maldini və Marsel Desaynın da iştirakı gözlənilir.

“Milan” komandasına qarşı İndoneziya futbolu tarixində yer alan bütün ulduz futbolçulardan ibarət yığma oynayacaq.

Xatırladaq ki, Avro-2012-dən sonra A. Şevçenko karyerasını tamalayıb və Ukarayna yığmasına məşqçilik fəaliyyətinə başlayıb.

ANS PRESS