100 dollara Mark Zükerberqə mesaj yaz
14.1.2013

“Facebook”-da dostunuz olmayan şəxslərə “şəxsi mesaj” göndərmək sizə 1 dollardan 100 dollara kimi başa gələ bilər.

“Facebook” istifadəçiləri Mark Zükerberqə şəxsi mesaj göndərmək üçün 100 dollar ödəməli olacaq.

Bu haqda məlumat verən “Facebook” nümayəndəsi bildirib ki, “spam”-lara qarşı mübarizə aparmaq üçün yeni vasitələri sınaqdan keçirirlər. Keçən ay sosial şəbəkə “pullu mesaj” adlı xidmətini sınaqdan keçirməyə başlamışdı. Bu xidmətdən istifadə edənlər 1 dollar ödəyərək dostluqlarında olmayan şəxslərə mesaj göndərə bilərdilər. “Facebook”-un dediyinə görə, bu xidməti pullu etməklə istifadəçilərə istənməyən mesajlar göndərməyin qarşısını alması nəzərdə tutulurdu.

100 dollarlıq mesaj təcrübəsi isə təkcə Mark Zukerberqə yox, nəzərəçarpacaq sayda “abunəçisi” olan şəxslərə də tətbiq edilir.

ANN.Az