Azərbaycan millisinin Belarus və Makedoniya ilə oyunlar üçün heyəti açıqlanıb - SİYAHI
15.3.2018

Futbol üzrə Azərbaycan milli komandasının Belarus və Makedoniya yığmaları ilə yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

Baş məşqçi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib. Onlardan cəmi 3-ü - Pavel Paşayev, Araz Abdullayev və Dmitri Nazarov legionerdir. Ən çox - 6 oyunçu "Neftçi"dən çağırılıb. "Qarabağ" yığmada 5, "Sumqayıt" 4, "Qəbələ" 3, "Keşlə", "Səbail" və "Kəpəz" isə 1 futbolçu ilə təmsil olunacaq.

Onların arasında ilk dəfə dəvət olunanlar da var.

Qeyd edək ki, təlim-məşq toplanışı bu gün start götürəcək. Bakıda 10 gün davam edəcək hazırlıq prosesi müddətində martın 23-də Belarus yığması ilə yoldaşlıq görüşü keçiriləcək. Martın 25-də komanda üzvləri toplanışın növbəti mərhələsi üçün Türkiyənin Antalya bölgəsinə yollanacaqlar. Martın 27-də Antalyadakı "Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Milliyə dəvət olunmuş futbolçuların siyahısı:

AD, SOYAD KLUB
Kamran Ağayev Keşlə
Rəşad Əzizli Neftçi
Səlahət Ağayev Neftçi
Maksim Medvedev Qarabağ
Elvin Yunuszadə Qarabağ
Qara Qarayev Qarabağ
Coşqun Diniyev Qarabağ
Riçard Almeyda Qarabağ
Ruslan Abışov Neftçi
Namik Ələskərov Neftçi
Rəhman Hacıyev Neftçi
Emin Mahmudov Neftçi
Ruslan Qurbanov Qəbələ
Ürfan Abbasov Qəbələ
Asif Məmmədov Qəbələ
Cavid İmamverdiyev Sumqayıt
Tural Axundov Sumqayıt
Rəşad Eyyubov Sumqayıt
Amil Yunanov Sumqayıt
Rahil Məmmədov Səbail
Şəhriyar Rəhimov Kəpəz
Araz Abdullayev Anortosis (Kipr)
Pavel Paşayev “Oleksandriya” (Ukrayna)
Dimitri Nazarov “Erzgebirge Aue” (Almaniya)


report.az