Günün qoroskopu
15.1.2013

Qoç – Maraqlı hadisələrin axarına düşəcək, ilham hissini duyacaq, yeni imkanlardan şövq alacaqsınız. Maraqlarınız və gözləntiləriniz indi yaxında olmayan nəsnə ilə bağlıdır.
Yaxın ətrafınızdakı insanları yeniliklərin qaçılmazlığına inandırmaq istəyirsinizsə, arqumentləriniz və sübutlarınız maraqlı olmalıdır. Şəxsi həyatda dəyişikliklər ola bilər.
Dəyərli təəssüratlar üçün uzağa yollanmağa ehtiyac yoxdur – hər şey yaxınlıqdadır.
Çoxdan bələd olduğunuz nəsnələrin əslində indiyədək bəlli olmayan yönlərini anlamağa, görməyə çalışın.
Axşam saatlarında sevimli insanı kiçik hədiyyə ilə sevindirin.

Buğa - Çox rahat gündür. Məhsuldarlığa nail olmaq istəsəniz, diqqətinizi daha çox cəmləməli, aktiv çalışmalısınız. Sizə maraqlı gələn işlə məşğul olmasanız, rəqibi qabaqlamağa can atın.
Günün narahatlığı, işin gərginliyinin müqabilində yaxşı pul əldə etsəniz, rahatlaşacaqsınız.
Kiməsə yardım etmək, başqasının işini görmək ehtiyacı yarana bilər.
Axşam saatlarında özünüzə diqqət yetirin. İmicinizin yaxşılaşdırılması yollarını düşünün.

Əkizlər - Həftə başlanandan bəri yeniliklər və sürprizlərin ardı-arası kəsilmir. Münasibətlərdə kəskinliyə yol verməmək və işlərdə anlaşılmazlıqların qarşısını almaq üçün səmimi olun. Bu gün mühüm söhbət və ya informasiyanın başqa yolla əldə edilməsi istisna deyil.
Kurs dəyişikliyi, hansısa münasibətə yeni baxış da mümkündür.
Sizin üçün mühüm məsələ qəflətən həllini tapacaq, bir problem başqasının hesabına çözüləcək. Baş verənləri diqqətlə izləyin, önəmli münasibətlərdə tarazlığı qoruyun. Hadisələr ərəfəsində gələn siqnallara qulaq asın.
Görüş və səfəri planlaşdırın, informasiya axtarışı ilə məşğul olun.

Xərçəng - Zahirən hər şey əladır. Amma sizin üçün önəmli olan münasibətlərdə pərişan ola bilərsiniz. Hələlik heç nəyi aydınlaşdırmağa, dəyişməyə və ya tələsdirməyə çalışmayın.
Səmimiliklə müqayisədə sükut indi daha üstündür.
İllah da ki, bütün umu-küsü və ya münasibətlərin dayandırılması forması pis sayıla bilməz.
Yanınızdakı insanlardan birinin sizin diqqətinizə və yardımınıza ehtiyacı var. Son günlərin gərginliyi bu gün yeni ideya və pozitiv informasiya nəticəsində azalacaq.
Mühüm məsələlərin həlli ilə məşğul olun, danışıqlar aparın. Konkret nəticəyə nail olmağa can atın, verilən vədin unudulmamasını tələb edin.

Şir - Bu gün yaxın ətrafınızdakı insanlarla səmimi olmağa, deyib-gülməyə çalışsanız da, sizi anlamayacaqlar. Hər yerdə, bütün işlərdə birinci olmağa çalışmayın.
Zəngin yaradıcı düşüncəni praktikliklə əvəzləyin. Yanınızda etibarlı tərəfdaş, dost və ya şərik olsun. Təmaslarda sakitlik və xoş mərama riayət edin.
Sizə dönənlərə diqqətli olun. Köhnə əlaqələr və hisslər taleyinizdə yeni mərhələyə səbəb ola bilər.
Ümumiyyətlə, hisslərdə indi anlaşılmaz məqamlar yaranır. Dediklərinizin anlaşılmasına can atın. Başqalarını anlamaq da vacibdir.

Qız - Prioritetlərin dəyişməsi, açıq danışıq və hisslərdəki gərginlik vaxtıdır. Bütün bunlar situasiyanı ya yaxşı, ya da pis yönə dəyişə bilər. Fəqət, bəhs olunanlar qeyri-müəyyənliyi aradan qaldıracaq və gələcəkdə bel bağlaya biləcəyiniz ünsürü ortaya çıxaracaq.
Maliyyə məsələlərində risk etməyin, iri məbləğli ödənişləri və köçürmələri təxirə salın. Qarşılaşa biləcəyiniz çətinliyi təhtəlşüurla hiss edəcək, hətta bir qədər sonra sizi gözləyən hadisəni də təxminləyə biləcəksiniz. Hisslərinizə inanın - bilin ki, bu, yalan məsələ deyil.
Biznesdəki tərəfdaşlarınız və qohumlarınız bu gün çox inadkar olacaqlar.
Amma hər şeyə rəğmən, hadisələri tələsdirməyin, səbrli olun, güzəştə gedin, önəmli məsələlərlə bağlı razılaşma əldə edin.
Bu, gələcəkdəki işlərlə bağlı indidən dəstək qazanmaq ehtiyacı ilə bağlıdır.

Tərəzi - Bu gün səylərinizi və emosiyalarınızı yaxın insanlarınızın rifahı üçün yönəldin. Uzaqdan xəbər alaraq qəflətən harasa yollanmaq və ya qohumlarınızdan birinin problemi ilə məşğul olmaq ehtiyacı yarana bilər.
Vacib məsələdə hərəkət olacaq, indiki səyləriniz yeni məna kəsb edəcək. Bütün şanslardan istiadə edərək hissiyatınızın sizə tələsməməyi məsləhət bildiyi yerdə riskə yol verməyin. Güclü gərginlik, hərəkətlərin koordinasiyasının pozulması, əhval-ruhiyyənizin pozulması mümkündür.
Axşam saatlarında istirahət üçün yetərincə vaxt tapın, fəaliyyətinizi dəyişin.

Əqrəb - Gəlirlərin artırılması ilə bağlı faydalı fikirlər ola bilər. Birbaşa fəaliyyət, fikirlərin iş yoldaşları ilə bölüşdürülməsi üçün əlverişli gün deyil.
Prioritetləri müəyyənləşdirin, aktivlik çərçivəsini daraldın. Əsas məsələdən diqqəti yayındıran bütün işlərdən əl çəkin.
Gərginlik nəzarət olunmayan aşkarlıq, narazılıq, düşünülməmiş qərara səbəb ola bilər. Hərgah nədəsə problem yaranması riski varsa, toplantı, görüş və ya danışığı təxirə salın.
Kənar təsirlər bu gün sizə yaxşı heç nə vəd etmir.
Paxıllardan qorunun. Gərəkli informasiyanı axtaranda bir qədər əvvəl yol verdiyiniz səhv ortaya çıxacaq. Təbii, bu da situasiyanın normaya salınması üçün faydalıdır.

Oxatan - Yaxın ətrafınızdakı insanlara qarşı qayğıkeş olun. Bu gün belə davranmaq heç çətin deyil. İş yerində yeni xəbərlər istisna deyil. Maddi perspektivlərinizi aydınlaşdırın, stavka edəcəyiniz iş, hadisə və ya adamı seçin.
Şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Hələlik hər şey ilkin müzakirələr, ümumi istiqamətin yoxlanması ilə bağlıdır.
Səbrli olun: sıx münasibətlərinizin olduğu insanla bağlı təəssüf hissi yaşaya bilərsiniz.
Yeni, böyük işə başlamayın, bahalı əşyaya və ya tədbirə pul xərcləməyin. Əks halda peşman olacaq, nəyisə dəyişmək ehtiyacı ilə qarşılaşacaqsınız.

Oğlaq - Dinamik, fəal gündür. Hər yerdə bütün işləri bitirməyi ağlınıza belə, gətirməyin. Qüvvə və səylərinizi əsas işə sərf edin.
İşdə qətiyyət və inad məqsədə doğru irəliləməyə yardım edəcək. Cari işləri qaydaya salın. Qarşıda sizi yeniliklər və xəbərlər gözləyir.
Ünsiyyət çərçivəsini məhdudlaşdırın, planlaşdırma ilə məşğul olun. Analitik iş üçün əlverişli gündür. Uzunmüddətli layihənin hazırlanmasına başlayın. Amma vəd və söz verməyin, nəyəsə boyun olmayın, bədxərclik etməyin.

Dolça - Ünsiyyətə və danışıqlara meyl yaradan pozitiv potensiallı gündür. Gərəkli məlumatı əldə etmək, məsləhət almaq, sizi maraqlandıran məsələyə çözüm tapmaq mümkündür. Romantik münasibətlər əlavə impuls alacaq.
Etiraf, açıq söhbət, gələcəklə bağlı planların müzakirəsi üçün əlverişli şərait yaranacaq.
Hadisələrin zahiri yüngül axarına aldanaraq daha önəmli hadisələrin ərəfəsində olduğunuzu bilin. Bədxah və ya rəqibinizin nə etdiyindən xəbəriniz varmı?

Balıqlar - Ailə və evin maraqlarını hər şeydən üstün tutun, sevdiklərinizə maksimum qayğı göstərin.
İşlərin düzgün təşkil olunması və qayda indi vacibdir.
Yaşamda rəvanlıqla tarazlığı saxlayaraq hadisələrin inkişafına təsir etmək istəyirsinizsə, yaşananların tempinə uyğunlaşmalısınız. Tərəfdaş və ya iş yoldaşınızın aktivliyi, ambisiyaları və qətiyyəti ümumi işə xeyir verəcək, sizi məqsədə doğru dinamik və maraqlı hərəkətə cəlb edəcək.
İdeyalarınız imkanların spektrini genişləndirərək cari məsələlərlə bağlı gözlənilən mesajı verə bilər. Təmaslarda azadlıq, asudəlik, həzz alma imkanı yaranacaq. Bilik və bacarıqlarınızı artırın. Səfər və gəzinti üçün uğurlu gündür.

Milli.Az