31 oktyabr 20:00-da Gənc Tamaşalçılar Teatrında müğənni Əbdül Xalidin
"Haradasan" adlı konserti keçiriləcək. Konsert "Araz 103.3 FM"in
təşkilati dəstəyi, "Yataş Mebel"in baş sponsorluğu ilə keçiriləcək.
Müğənni konsertdə həm məşhur, həm də yeni mahnılarını ifa edəcək.
Qonaqlar Röya, Tünzalə Ağayeva və İlqar Muradov olacaq.