Bu il "Mədinə ili" elan olundu
15.1.2013

Peyğəmbər şəhərinin dünyada tanıdılması üçün bəzi tədbirlər keçiriləcək. Səudiyyə Ərəbistanı peyğəmbər şəhəri olan müqəddəs Mədinəni dünyaya tanıtmaq üçün bu il müxtəlif tədbirlər keçirəcəyini açıqlayıb. “Diyanethaber.com” saytının məlumatına görə, Mədinə valisi şahzadə Əbdüləziz bin Macid bu məqsədlə konfrans, seminar, sərgilər və s. bu kimi tədbirlər keçiriləcəyini açıqlayıb. Bundan başqa, Səud kralı Abdullah Hz. Muhammədin (ƏS) məqbərəsinin olduğu “Məscidi Nəbəvi”də (peyğəmbər məscidi) böyük bir kitabxana açılması üçün əmr verib.

Milli.az