Azərbaycanlı şirniyyatçı "Master of cake İstanbul 2018" müsabiqəsinin qalibi olub
15.3.2018

Azərbaycanlı şirniyyatçı Sənan Paşayev Türkiyədə IV Beynəlxalq tort və şokolad festivalı çərçivəsində həyata keçirilən "Master of cake İstanbul 2018" müsabiqəsinin qalibi olub.

Türkiyə mətbuatına istinadla xəbər verilir ki, müsabiqədə nümayiş edilən 200 tortun 50-si xarici şirniyyatçıya məxsus olub. 16 kateqoriyada keçirilən müsabiqədə Sənan Paşayev bütün kateqoriyalarda verilən mükafatları qazanaraq rekorda imza atıb. O, pul mükafatı ilə yanaşı, Lüksemburqda baş tutacaq beynəlxalq qastranomiya müsabiqəsində iştirak hüququ qazanıb və "Best in Show" mükafatına layiq görülüb.

azertag.az