Avropada ilk “ağıllı” otel Macarıstanın paytaxtı Budapeştdə fəaliyyətə başlayıb. Qeyri-adi dördulduzlu mehmanxanada 40 otaq müştərilərin ixtiyarına verilib.
“actualnews.org” saytına istinadla xəbər verilir ki, oteldə rahatlıqla yaşamaq üçün smartfona xüsusi proqram yükləmək lazımdır. Müştəri proqram vasitəsilə otaq bron edə, xidmət sahəsinin işçilərini çağıra, taksi sifariş edə və kondisionerin rejimlərini tənzimləyə bilər. Smartfondan, həmçinin otağa daxil olmaq üçün açar kimi istifadə etmək olar. “TMRWHotels” adlı proqram vasitəsilə istənilən zaman personalla ünsiyyət saxlamaq mümkündür.
Layihə müəllifləri bütün Avropa ərazisində fəaliyyət göstərən otellərin sahiblərinin istifadə edə biləcəkləri informasiya texnologiyalarında layihə hazırlamaq niyyətindədirlər. Lakin bu qeyri-adi ideyanın reallaşdırılması üçün nə qədər vaxtın lazım olacağı məlum deyil.
azertag.az