Pekində yeni aeroport tikiləcək
15.1.2013

Çin hökuməti Pekində yeni aeroport tikintisi layihəsini təsdiq edib.

11 mlrd. dollara başa gələcək hava limanı ilk sərnişinlərini 2018-ci ildə qəbul edəcək, 2025-ci ildə isə tam gücü ilə işləyəcək.

Yeni aeroportun tikintisinə səbəb köhnə hava limanının artıq imkanları xaricində işləməsi və Çinə gələn sərnişinlərin sayının ildən-ilə artmasıdır. Hazırda Pekin aeroportu sərnişin axınına görə dünyada yalnız Atlanta (ABŞ) aeroportundan geri qalır. Əgər 004-cü ildə Pekin aeroportu 35 mln. sərnişin qəbul etmişdisə, 2011-ci ildə bu göstərici 81 mln. nəfər olub.

Yeni hava limanı ildə 70 mln. sərnişini qəbul edə biləcək. Çin hökuməti 2015-ci ilədək ölkədə 70 aeroport tikmək, 100 aeroportu isə təmir etmək niyyətindədir.

APA