Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqə yekunlaşıb.
BŞTİ-dən bildiriblər ki, nəticələrə əsasən müsabiqənin bütün mərhələlərində uğurlu nəticə göstərən şəxslər TDM-də metodist (mentor) vəzifəsinə işə qəbul olunub.
BŞTİ-nin nəzdində fəaliyyət göstərən TDM ümumtəhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.
BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə TDM tərəfindən müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verilir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərilir.
Mərkəzdə inzibati idarəetmə, təlimin təşkili və idarəetmə, tədrisin idarəolunması, təhsilalanlarla işin təşkili və idarəolunması, fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir.
azertag.az