Azərbaycanda yenicə fəaliyyətə başlamış Dövlət Reklam Agentliyinin rəsmi saytı hazırlanır.
Sayt adra.gov.az domenində yerləşəcək. Sayt tezliklə istifadəyə veriləcək.
Xatırladaq ki, Prezident İlham Əliyev 2017-ci ilin iyun ayının 20-də Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Prezidentin həmin gün imzaladığı sərəncamla Aydın İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin edilib. Agentliyin Müşahidə Şurasının sədri isə Murad Rəhimovdur.
report.az