Gələn aydan SOCAR-ın Gürcüstandakı YDM-lərində “Made in Azerbaijan” stendləri qurulacaq
16.3.2018

Azərbaycan ötən il ixrac missiyaları çərçivəsində 2 mln. manatlıq məhsul ixrac edib.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.

Onun sözlərinə görə, yerli məhsulların ixracını artırmaq üçün hazırda xarici ölkələrin bazarlarının imkanları araşdırılır: “10-a yaxın bazarla bağlı araşdırma yekunlaşıb, 12 bazar isə hələ də araşdırılır”.

Nazir müavini onu da deyib ki, gələn aydan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) “Made in Azerbaijan” stendləri qurulacaq: “Əgər bu addım uğurlu olsa, digər ölkələrdə də tətbiq ediləcək”.

report.az