Bir çox mükafatlar laureatı məşhur türk müğənnisi Tarkan Yeni İl ərəfəsində Bakıda çıxış edəcək. Meqastar 31 dekabrda "Baku Expo Center"də konsert proqramı ilə çıxış
edəcək. Müğənninin mahnılarını parlaq, yadda qalan şou müşayiət edəcək.
Qeyd edək ki, 1992-ci ildə solo karyeraya başlayan müğənni prodüserliklə də məşğuldur və HITT Music musiqi şirkətinin sahibidir.