Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.
Jurnalın bu nömrəsində “Nobel kürsüsü” rubrikasında Haynrix Bölün “Kişisiz ev” romanı, “Yubiley” rubrikasında Nizami Cəfərovun “Zakir Fəxrinin “mən”i” yazısı yer alıb.
Nəşrin digər rubrikalarında Luici Pirandellonun hekayələri, Yelena Bulqakovanın “Mən dustağam” gündəliyi, Alan Marşallın “Günortaüstü küçədə” və Piter Kauenin “Traktor” hekayələri, Semyon Kirsanovun şeirləri, Elis Manronun “Nəsə başqa cür” hekayəsi, Oktavio Pasın “Müqəddəslər günü, ölülər bayramı” essesi, Tarey Vesosun “Buz qəsr” romanı, Pablo Nerudanın şeirləri, Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri”, Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanı, Slavomir Mrojekin “Bir yay günü” pyesi və s. maraqlı yazılar yer alıb.
azertag.az