Məşhur Hollivud rejissoru, "Şər Məskəni" ("Resident Evil") blokbasterinin müəllifi Pol V.S. Anderson Bakıya gələrək Azərbaycanın ilk mobil operatoru və aparıcı internet provayderi Bakcell şirkətinin sifarişi ilə çəkdiyi reklam çarxını təqdim edəcək.
Reklam çarxı Bakcell-in tərəfdaşı, tanınmış futbol komandası Mançester Yunayted ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb və Bakcell-in məhsullarından biri barədə olacaq.
trend.az