Bakı dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəlinə daxil edilib
27.3.2018

Dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəli - "Global Financial Centres İndex" açıqlanıb.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, siyahıda London (Böyük Britaniya) 794 bəndlə ilk sırada qərarlaşıb.

İkinci yeri 793 bəndlə Nyu-York (ABŞ), 3-cü yeri isə 781 bəndlə Honq-Konq tutub. Sinqapur 765 bəndlə, Tokio (Yaponiya) 749 bəndlə, Şanxay (Çin) 741 bəndlə, Toronto (Kanada) 728 bəndlə, San-Fransisko (ABŞ) 726 bəndlə, Sidney (Avstraliya) 724 bəndə, Boston (ABŞ) isə 722 bəndlə 4-10-cu sıraları bölüşür.

Reytinq cədvəlində İstanbul (Türkiyə) 76-cı, Moskva (Rusiya) 83-cü, Astana (Qazaxıstan) 88-ci, Alma-Ata (Qazaxıstan) 94-cü, Sankt-Peterburq (Rusiya) isə 91-cı sırada qərarlaşıb. Maraqlıdır ki, Bakı ilk dəfə siyahıya daxil edilib və maliyyə mərkəzləri arasında 511 bəndlə 95-ci olub.

Qeyd edək ki, ənənəvi reytinq cədvdəlini "Z/Yen Group Ltd." maliyyə konsaltinq şirkəti ildə 2 dəfə hazırlayır. Cədvəldə biznes mühiti, maliyyə, infrastruktur, insan kapitalı və nüfuz olmaqla 5 qrup üzrə 102 fərdi amildən istifadə olunur. Prosesdə 3 000 peşəkar mütəxəssisin rəyi nəzərə alınır.


report.az