Bakı Dövlət Sirkində nikaraqualı sirk ulduzunun çıxışı tamaşaçılara xoş anlar yaşadıb
27.3.2018

Bakı Dövlət Sirkində “Baharın 18-ci anı” adlı möhtəşəm proqram başa çatıb.

İlk dəfə Bakıda çıxış edən Nikaraquanın dünya şöhrətli sirk ulduzu Filip Delqado tamaşaçılara xoş anlar yaşadıb.

On gün davam edən proqramda tamaşaçılara ekzotik və yırtıcı heyvanlar, cəsarət çarxı, möhtəşəm illüziya şousu, jonqlyorun, kəndirbazların, “Run to infinity” akrobatlar qrupunun, şən klounların çıxışları, hava nömrələri, kordebalet, qeyri-adi işıq və lazer effektləri və digər nömrələr təqdim edilib.


azertag.az