Tbilisidə ilk dəfə "Таоба" (Gürcü dilindən tərcümədə "Nəsil" deməkdir) beynəlxalq gənclər festivalı keçiriləcək.
Gürcüstan saytlarına istinadla xəbər verilir ki, martın 29-dan aprelin 2-dək davam edəcək festival ölkənin Mədəniyyət və Təhsil Fondunun təşkilatçılığı ilə reallaşacaq.
Festival Azərbaycan, Gürcüstan və Ermənistanın dövlət müstəqilliyinin 100 illiyi münasibətilə təşkil olunur.
Mədəniyyət və Təhsil Fondunun təşkilatçılığı, Mədəniyyət və Gənclər Nazirliyinin, ABŞ-ın Gürcüstandakı səfirliyinin, Tbilisidəki Fransa və Höte institutlarının dəstəyi ilə keçiriləcək kinofestivalda 13 yaşdan 18 yaşadək şəxslər iştirak edə bilər.
azertag.az