Tbilisidə keçiriləcək vizual incəsənətlə bağlı yarmarkada ölkəmiz də iştirak edəcək
27.3.2018

Gürcüstanın paytaxtında mayın 17-dən 20-dək ilk dəfə “Tbilisi Art Fair” (TAF) müasir vizual incəsənətin beynəlxalq yarmarkası keçiriləcək.

Tədbirin təşkilatçılarına istinadla xəbər verilir ki, TAF yarmarkası, əsasən Qara dəniz, Xəzər və Baltik regionunun müasir incəsənət nümayəndələrinin iştirakı üçün təşkil olunur.

Yarmarkada Gürcüstanla yanaşı, Azərbaycan, Rusiya, İran, Türkiyə, Belarus, Polşa, Rumıniya, Litva, Estoniya və digər ölkələrin müasir incəsənət rəssamlarının əsərləri nümayiş olunacaq.

Bir çox sərgi, konfrans və mədəniyyət layihələrinin nəzərdə tutulduğu tədbir “Expo Georgia” sərgi mərkəzində reallaşacaq.


azertag.az