ABŞ-ın Missuri ştatının "Kanzas City" şəhərində Meksika yeməkləri hazırlayan restoranın sahibi Aqustin Juarez müştərisinə kömək etmək istəyərkən iş yerinin bağlanmasına səbəb olub.
Müştərisinin ovladığı maralı soyuducuya qoyan Juarez sağlamlıq müfəttişinin restorana gəlməsiylə iş həyatının bəlkə də ən pis gününü yaşayıb.
"Huffingron Postun" xəbərinə görə ölü maralın soyuducudakı digər yeməkləri korlayacağını düşünən müfəttiş restoranı bağlayıb.
Juarezdə iş yerini təkrar açdıra bilməsi üçün maralı xüsusi bir şirkət vasitəsilə restorandan çıxarması və içəridəki yeməkləri təsir etmədiyini sübut etməsi lazım olduğu bildirilib.
Big.az