“Mançester Siti” məşhur aşbazı transfer edir
15.1.2013

“Mançester Siti” məşhur aşbaz Ceymi Oliveri transfer edib. İngilis klubu məşhur kulinarın kompaniyası ilə 5 illik müqavilə imzalayıb.

Razılaşmaya görə, 37 yaşlı aşbaz oyun günlərində komandanı naharla təmin edəcək. Ceymi Oliver 2013-cü ilin iyulundan stadion daxilində tribunada əyləşən azarkeşlərə xidmət edəcək.

“Biz çalışırıq ki, stadionu yaxşı yeməklərlə təmin edək. Biz “Mançester Siti” ilə çalışmağa çox şadıq” deyə Legends kompaniyasının direktoru Naycel Harris bildirib.

Komandaya yemək bişirəcəyinə sevinən aşbaz həm də acı bibər həvəskarı kimi tanınır. "Səhərlər qəhvə içmək əvəzinə acı bibər yeyirəm. Belə olmasa, özümü xəstə kimi hiss edirəm. Ümid edirəm ki, "Mançester Yunayted" fanatları da bibəri sevəcəklər", - deyə Ceymi Oliver deyib.

http://anspress.com