Rusiyanın Azərbaycandakı səfirliyində Kemerovoda baş vermiş yanğında həlak olanları anmaq məqsədi ilə xatirə kitabı açılacaq.
Rusiya səfirliyindən verilən məlumata görə, xatirə kitabı martın 28-də saat 15.00-dan 18.00-dək, 29-da isə saat 10.00-dan 13:00-dək və 15:00-dan 18.00-dək açıq olacaq.
Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində, kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub. Yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.
Rusiya Prezidenti Vladimir Putin Kemerovoda baş vermiş faciə ilə bağlı martın 28-də Rusiyada matəm elan edilməsinə dair sənəd imzalayıb.
report.az