Xalq Yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı bir çox xarici dillərdə nəşr edilib, ekranlaşdırılıb və müxtəlif teatrlarda dəfələrlə səhnələşdirilib.
Bu günlərdə Berlinin nüfuzlu “E Vintervork” nəşriyyatı “Mahmud və Məryəm” romanını alman dilində nəfis şəkildə nəşr edib.
Qeyd etmək lazımdır ki, son illərdə Elçinin yaradıcılığı Almaniyada xüsusi maraq doğurub. “Mahmud və Məryəm”dən başqa, ədibin “Ağ dəvə”, “Baş” romanları da çap olunaraq alman oxucularına təqdim edilib, hekayələri mətbuatda işıq üzü görüb.
“Mahmud və Məryəm”in yeni nəşri həmin romanın Almaniyada üçüncü nəşri, ümumilikdə isə Xalq Yazıçısının bu ölkədə çapdan çıxmış beşinci kitabıdır.
azertag.az