Gəncənin mərkəzində yerləşən “Səbiskar” qəbiristanlığında əsaslı təmir-bərpa işləri başa çatmaq üzrədir.
Şəhərin tarixi üçün mühüm əhəmiyyət kəsb edən bu qəbiristanlıqda təkcə sadə insanlar deyil, eyni zamanda, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əvəzsiz xidmətləri olan onlarla şəxsiyyət uyuyur. Tarixçi alimlərin araşdırmalarına görə, XVI əsrdən miras qalmış məzarlıqda bir neçə əsr yaşı olan 18 türbə vardır, ərazidə yenidənqurma və təmir-bərpa işləri başa çatdırıldıqdan sonra qəbiristanlıq tarixi qoruq kimi mühafizə olunacaqdır.
AzərTAc