Sabah-martın 31-də Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq.
Görüş Türkiyənin Giresun şəhərində keçiriləcək.
Toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin və Gürcüstanın müdafiə naziri Levan İzorianın iştirakı planlaşdırılır.
Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurəddin Canikli, Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hulusi Akar, Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə görüşüb.
report.az