“Azərbaycan əcnəbilərin gözü ilə” fotosərgisi bu diyarın bütün gözəlliklərini əks etdirə bilmişdir
13.7.2011

Mən Bakının bir çox görməli yerlərində olmuşam. Burada gördüklərim çox möhtəşəmdir. Mən Böyük Britaniyadan gəlmişəm.
Bu sözləri Müasir İncəsənət Muzeyində açılan “Azərbaycan əcnəbilərin gözü ilə” fotosərgisində iştirak edən Böyük Britaniyadan olan incəsənət və mədəniyyət üzrə məsləhətçi Dorian Cabri bildirmişdir.
Sərginin çox maraqlı olduğunu deyən D.Cabri vurğulamışdır ki, tədbirin keçirildiyi məkan – Müasir İncəsənət Muzeyi də çox gözəldir. Fotosərgi yüksək səviyyədə təşkil olunmuşdur. Tədbir “Azərbaycan əcnəbilərin gözü ilə” adlanır. Bu göz, bu şəkillər çox gözəl çəkmişdir. Çünki Azərbaycanın bütün gözəlliklərini əks etdirə bilmişdir.