Bakıda Beynəlxalq Kukla Teatrı festivalı keçiriləcəkdir
18.6.2011

Bu il Bakıda Beynəlxalq Kukla Teatrı festivalı keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyindən bildirilmişdirki, hazırda sənət bayramına hazırlıq görülür. Festivalda iştirak etmək üçün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən 25-dən çox ölkəyə dəvət göndərilmişdir. Əgər festival uğurla baş tutarsa, Azərbaycan Beynəlxalq Kukla Teatrları Assosiasiyasına üzv qəbul ediləcəkdir.
Qeyd edək ki, bu assosiasiya 1966-cı ildə amerikalı prodüser Cim Henson tərəfindən yaradılmışdır. Hazırda 20-dən çox ölkə bu assosiasiyanın üzvüdür.