Qoç - Gücünüzü düşünmədən sərf etsəniz, tez yorulacaqsınız. İkinci dərəcəli məsələlərin həllinə çox vaxt ayırmayın. Bundansa, doğrudan da vacib olan problemlərinizi həll edin. O zaman uğur qazanarsınız. Son vaxtlar dil tapmadığınız adamlarla münasibətləri düzəltmək şansınız var. Yaxınlarınızla sizi narahat edən məsələlər barədə açıq danışa bilərsiniz.
Buğa - Bu gün özünüzü filosof kimi hiss etməyə çalışın. Hadisələri tələsdirməyin, hövsələsizliyinizi göstərməyin, başqalarına təzyiq göstərməyə çalışmayın. İşləriniz gecikirsə, təlaşlanmayın, sonunda düzələcək. Amma siz narahat olmağa davam etsəniz, xeyli səhv edəcəksiniz. İş tərəfdaşlarınızla aranız düzələcək. Qəfil bir görüş bu yaxınlarda qəbul etdiyiniz qərarın nə dərəcədə doğru olduğunu sizə aydınlaşdıracaq. Geri çəkilmək hələ ki, gec deyil.
Əkizlər - Ünsiyyət dairəniz getdikcə genişlənir. Xeyli tanış, biznes tərəfdaş, həmfikir tapırsınız. Sizin orijinal ideyalarınız çox yaxşı qarşılanacaq. Nüfuzlu adamların dəstəyinə arxalana, investor və sponsorlara güvənə bilərsiniz. Bütün bu baş verənlərin bircə mənfi cəhəti var: sevdiyiniz sizi həddən artıq qısqanır. Əgər hələ sevginizi tapmamısınızsa, diqqətli olun, bu gün sizə maraq göstərənlər arasında ciddi seçim etmək lazım gələcək.
Xərçəng - Sakitliyinizi, səbrinizi, başınızı çox tez itirirsiniz. Bu səbəbdən də gün çox dolğun keçəcək. Sizin çoxsaylı macəralarınız, həmçinin hərəkət və sözlərinizdəki təzadlar ətrafdakıları xeyli qıcıqlandıracaq. Əlbəttə, axı siz onları tez-tez işlərindən ayrılıb sizə kömək etməyə səsləyəcəksiniz. Əgər dost-tanışlarınızla yaxşı münasibətlərdə qalmaq istəyirsinizsə, öz problemlərinizi özünüz həll edin. Günün ikinci yarısı aktiv istirahət üçün əladır.
Şir - Yeni tərəfdaş tapsanız, bu günün xırda itkilərinin yerini doldura bilərsiniz. Həmfikirlərinizin təsiri ilə özünüzün ən cəsarətli planlarınızı həyata keçirə bilərsiniz. Əcnəbilərlə, emiqrantlarla iş görüşləri çox uğurlu keçəcək. Nəinki işdə, şəxsi münasibətlərinizdə də enerjiniz aşıb-daşır. Nəyəsə təşəbbüs göstərərkən onun vacib olub-olmadığı barədə heç fikirləşmir və vaxt itirmirsiniz. İntuisiyanıza güvənin.
Qız - Bir çox problemlərin həllində hiyləgərlik etməyə çalışacaqsınız. Əlbəttə, sizin qarşınızda nə dura bilər ki? Bir şey pisdir: hərəkətlərinizin nəticələri və ətrafdakıların sizə münasibəti barədə heç fikirləşmirsiniz. Odur ki, özünüzə düşmən qazanmaq riski çox böyükdür. Maraqlı budur ki, bütün asan yolları kənara qoyub, mürəkkəbliklərə qaçırsınız. Təəssüf ki, Amerikanı sizdən qabaq kəşf ediblər, vaxtınızdan səmərəli istifadə edin.
Tərəzi - Bu günü keçmiş barədə düşüncələrə, öz səhvlərinizin analizinə həsr etsəniz, ağıllı iş görmüş olarsınız. Düzgün nəticə çıxaracağınıza, dünyaya baxdığınız o "çəhrayı eynəkdən" qurtulacağınıza əmin olun. Həmçinin gələcək planlarınızı müəyyənləşdirməyin vaxtıdır. Ətrafınızdakılarla münasibətləriniz dəyişir: işlərinizə burunlarıı soxanları kənarlaşdırır, öz mövqeyinizi daha da möhkəmlədirsiniz. Tanışlıqlar üçün yaxşı gündür. Romantik görüş üçün yaxşı musiqi səslənən bir məkanı seçin.
Əqrəb - İşdə və şəxsi həyatınızda dəyişikliklər etmək üçün uğurlu gündür. Zamanın sınağından keçən nəsnələrdən vaz keçməyərək, həyatınızı yeniliklərlə doldura biləcəksiniz. Ən barışmaz insanları bir araya gətirmək sizi əvəzsiz edəcək. Ancaq nəzərə alın ki, başqalarının işinə yalnız başqa bir əlac qalmadıqda qarışmanız məsləhətdir. Çox cani-dildən məsləhət verməyin, israr etməyin, ola bilsin ki, insanlar bu hərəkətlərə hələ hazır deyillər.
Oxatan - Rəhbərliyin, eləcə də yaşlı qohumlarınızın ədalətsiz münasibətilə barışmalı olacaqsınız. Hərəkətlərinizi sərt tənqid edirlər, lap xırdaca səhviniz müzakirə obyektinə çevrilir. Digər bir tərəfdən, narahat olmağa dəyməz, sizin səhvlərinizi gözləmədiyiniz bir tezliklə unudacaqlar. Romantik görüş planlaşdırmısınızsa, onun əla keçəcəyinə həvəslənməyin. Xırdalıqlara, sevgilinizin gecikməsinə, ya da uğursuz zarafatına alınmayın. Yumor köməyiniz olsun!
Oğlaq - Çox uğurlu gündür. Düzdür, bəzi vacib şərtləri yerinə yetirəsi olacaqsınız. İlk növbədə öz gücünüzə arxalanın, kənardan köməyə ümid etməyin. İkincisi, hər bir hərəkətinizi götür-qoy edin. Üçüncüsü, hazır cavablardan istifadə etməyin, hər bir məsələyə diqqətlə yanaşın, beyninizi işlədin. Bunlar hamısı sizə rəqiblərinizi üstələməyə, gəlirlərinizi artırmağa kömək edəcək. Ailə məsələlərini çox asan həll edəcəksiniz. Yaxınlarınız sizə hər işdə dəstəkdirlər.
Dolça - Təxirə saldığınız işləri bitirmək üçün xeyli vaxt sərf etməli olacaqsınız. Sənədlər, hesablar, cədvəllər və siyahılarla iş sizi əvvəlcə yoracaq, sonra isə lap aludə olacaqsınız. Nəticələr əldə edəndə isə boş yerə zəhmət çəkmədiyinizi anlayacaqsınız. Bu gün ciddiyyətinizlə seçilirsiniz, həyata baxışınız daha aydındır. Gələcək üçün planlar barədə fikirləşməyə dəyər. Dostlarınızla görüş sizi sevindirəcək. Onların sizə xoş xəbərləri var.
Balıqlar - Peşənizlə bağlı xeyli çətinliklər gözlənilir. Əgər inadcıl olsanız, düşməninizlə döyüşməkdən çəkinməsəniz, bütün bu maneələri aşmaq asan olacaq. Müəyyən bir problem üzündən kiməsə verdiyiniz sözü yerinə yetirmək asan olmayacaq. Amma bu, sizin nüfuzunuza xələl gətirməyəcək. Şəxsi həyatınızda sizi narahat edəcək bir hadisə yaşanmayacaq. Yaxınlarınızla münasibətləriniz rahatlıq gətirəcək.