Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Qran-priyə start veriləcək.
Məlumata görə, üç gün davam edəcək yarışda ölkəmizi 8 kişi cüdoçu təmsil edəcək. İlk yarış günündə onlardan 3-ü tatamiyə çıxacaq. Onların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.
60 kq çəki dərəcəsində Sadiq Məhərrəmov ilk görüşünü rusiyalı Albert Monquşa, Oruc Vəlizadə braziliyalı İtalo Karvalyoya qarşı keçirəcək.
66 kq çəkidəki Elçin Hüseynov isə hollandiyalı Mattheys van Hartenlə üz-üzə gələcək.
Qeyd edək ki, martın 31-də Paşa Əliyev, Telman Vəliyev (hər ikisi 73 kq) və Coşqun Abdullayev (81 kq), aprelin 1-də isə Sənan Əhmədov (100 kq) və Cəlil Şükürov (+100 kq) mübarizə aparacaq. Qran Pridə 38 ölkədən 183-ü kişi, 119-u qadın olmaqla, cəmi 302 cüdoçu mübarizə aparacaq.
report.az