Azərbaycanda “Tək olanda qorxma” adlı çoxseriyalı film çəkilir
16.1.2013

Azərbaycanda “Tək olanda qorxma” adlı 60 seriyalı film çəkilir. Serial “Space” telekanalında yayımlanacaqdır.

Serialın mövzusu gözlənilmədən valideynlərini itirən uşağın başına gələn hadisələrdən, onun qohumları, həmyaşıdlar və ətraf aləmlə münasibətlərindən bəhs edir.

Serialın çəkilişləri İstanbul, Şamaxı və İsmayıllıda həyata keçirilmişdir.
Layihənin ideya müəllifi və bədii rəhbəri tanınmış rejissor Vaqif Mustafayevdir.
Filmin ssenari müəllifi Eyyub Qiyas, rejissorlar Nadir Diridağlı və Asif Rəhimov, operator Elçin Əliyev, baş prodüser Kamil Haqverdiyev, icraçı prodüser Arzu Qulamovdur.

Serialda Rüfət Məmmədov, Nailə İslamzadə, Levent Taşçı, Ayşad Məmmədov, Nuridə Əhmədova, Roza Zərgərli, Abbas Qəhrəmanov, Aydın Əliyev, Məhərrəm Əliyev, Kəmalə Hüseynova və Vidadi Həsənov çəkilmişlər.

AzərTAc