“Ufak tefek cinayetler” serialının rejissoru Bakıya gəlir
30.3.2018

“Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və “Delibal” filminin rejissoru Ali Bilgin Bakıya gəlir.

Rejissor Azərbaycanda AF Media İncəsənət Məktəbinin açılışında iştirak etmək üçün dəvət edilib.

Rejissor aprelin 3-də Nizami Kino Mərkəzində keçiriləcək seminarda Türkiyədəki serial və film sektorunda baş verən proseslər haqqında öz təcrübəsini bölüşəcək və iştirakçıların suallarını cavablandıracaq.


azertag.az