Misirin geniş auditoriyaya malik “Nil Mədəniyyət” dövlət televiziya kanalında “Mənim gecəm” adlı proqramda Azərbaycan haqqında veriliş yayımlanıb. Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub.
Verilişin qonağı olan “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. O deyib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır.
S.Nəsirov Azərbaycanın turizm potensialı, Novruz bayramı adət-ənənələrindən də danışıb.
azertag.az