Sevgilisinə hədiyyə etmək üçün 1 milyonluq oğurluq etdi
16.1.2013

Rusiyanın Voronej şəhərində polis zinət əşyaları dükanından oğurluq etməkdə şübhəli bilinən tələbəni saxlayıb.

Həmin şəxs oğurladığı əşyaları sevgilisinə hədiyyə edib.

Tələbə maska taxaraq mağazaya daxil olub. Əlindəki tapançaya bənzər əşya ilə satıcıları hədələyib və zinət əşyaları olan vitrinləri sındıraraq oradakı əşyaları götürüb.

Big.az