ABŞ-ın “Microsoft” şirkətinin MDB üzrə İdarə Heyətinin üzvü, Azərbaycan, Türkmənistan və Tacikistan üzrə Baş direktoru Sərxan Həşimov Azərbaycanı ABŞ-da təmsil edəcək.
S.Həşimov aprel və may aylarında ABŞ-da “Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində innovasiyalar və proqram təminatının yazılması” mövzusunda liderlik proqramında Azərbaycan üzrə nümayəndə qismində çıxış edəcək.
O, ABŞ-ın Vaşinqton və digər şəhərlərində Rumsfeld Fondu ve Jon Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutu tərəfindən təşkil olunacaq proqramda “İnnovasiyalar” və “Bölgədə beynəlxalq bazara hazır ola biləcək yerli startapların yaradılması” mövzusunda ekspert kimi fikir mübadiləsi aparacaq.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 15 ildən artıq təcrübəyə malik olan İnnovasiyalar eksperti Sərxan Həşimov “HP”, “Oracle” və “SAP” kimi beynəlxalq şirkətlərdə çalışıb. O, 2016-cı ildən “Microsoft Azərbaycan” şirkətinin baş direktoru vəzifəsində çalışır və bir müddət əvvəl “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib.
report.az