2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə ixtisaslar üzrə müsabiqə şərtləri məlum olub.
Müsabiqə şərtlərini təqdim edirik:
I ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
- “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;
- “Memarlıq” ixtisasının müsabiqəsində test imtahanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir;
- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Torpaqşünaslıq və aqrokimya
Azərbaycan Dövlət Aqrar Universiteti
Lənkəran Dövlət Universiteti
Meşəçilik
Lənkəran Dövlət Universiteti
Qərbi Kaspi Universiteti
Aqronomluq
Lənkəran Dövlət Universiteti
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
Naxçıvan Dövlət Universiteti
Texnologiya müəllimliyi
Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
Azərbaycan Texnologiya Universiteti
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
Qərbi Kaspi Universiteti
Çoxişlənən malların texnologiyası mühəndisliyi
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Mingəçevir Dövlət Universiteti
İstehlak mallarının ekspertizası və marketinqi
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Qərbi Kaspi Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
Poliqrafiya mühəndisliyi
Qərbi Kaspi Universiteti
- Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).
II ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin (“ADA” universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Marketinq
Gəncə Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Azərbaycan Texnologiya Universiteti
Mingəçevir Dövlət Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Azərbaycan Universiteti
Xəzər Universiteti
"Odlar Yurdu" Universiteti
Bakı Biznes Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
Qərbi Kaspi Universiteti
Bakı Avrasiya Universiteti
Biznesin idarə edilməsi
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Gəncə Dövlət Universiteti
Azərbaycan Texnologiya Universiteti
Mingəçevir Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycan Universiteti
"Odlar Yurdu" Universiteti
Qərbi Kaspi Universiteti
Bakı Biznes Universiteti
Xəzər Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Bakı Avrasiya Universiteti
Kommersiya
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Regionşünaslıq (regionlar üzrə)
Qərbi Kaspi Universiteti
Xəzər Universiteti
Bakı Avrasiya Universiteti
Turizm və otelçilik
Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti
Mingəçevir Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Bakı Dövlət Universitetinin Qazax filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Qərbi Kaspi Universiteti
Xəzər Universiteti
"Odlar Yurdu" Universiteti
Naxçıvan Universiteti
III ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;
- Bakı İslam Universitetinin “Dinşünaslıq” ixtisası üzrə müsabiqəyə ümumi balı 100, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə isə müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur);
- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh¬sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması
Naxçıvan Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Sosial iş
Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti
Bakı Dövlət Universitetinin Qazax filialı
Azərbaycan Universiteti
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Azərbaycan Kooperasiya Universiteti
IV ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə ingilis dili fənni üzrə attestat qiyməti “4” və ya “5” olan abituriyentlər buraxılır;
- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Baytarlıq
Lənkəran Dövlət Universiteti
Ekologiya
Lənkəran Dövlət Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Qərbi Kaspi Universiteti
- Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər", "Ekologiya", "Əczaçılıq" ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin "Baytarlıq" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).
I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (dövlət ali təhsil müəssisələrində tədrisi ingilis dilində olan, "Beynəlxalq münasibətlər", "Regionşünaslıq (regionlar üzrə)" və "Tərcümə (dillər üzrə)" ixtisasları üzrə xarici dil fənni istisna olmaqla). Bu şərt dövlət sifarişi əsasında ayrılan yerlər üzrə müsabiqəyə şamil olunmur.
Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır.
report.az