Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə daha bir nüfuzlu mükafata layiq görülüb
17.1.2013

Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 2012-ci il üçün “Foundation Frontiers of Knowledge Awards”ın informasiya-kommunikasiya texnologiyaları nominasiyası üzrə BBVA mükafatına layiq görülüb.

Alim bu mükafatı qeyri-səlis məntiq nəzəriyyəsinin kəşfi və inkişafına görə alıb. Mükafatın münsiflər heyəti hesab edir ki, bu nəzəriyyə kompüter texnologiyaları sahəsində inqilabi sıçrayış olub.

Qeyd edək ki, son 50 ildə Lütfi Zadənin metodikası təkcə ABŞ və Yaponiyada 50 mindən çox patentin əsası olub. “Foundation Frontiers of Knowledge Awards”ın BBVA elmi mükafatı 8 nominasiya üzrə təqdim olunur. Münsiflər heyətində Avropanın aparıcı universitetlərinin alimləri təmsil olunur.

APA