Milli Azərbaycan Tarixi Muzeyinə Əfqanıstan xalçası hədiyyə olunub
3.4.2018

 İsraildə yaşayan həmyerlimiz Rauf Şalikoyeviç Zarbailov Şərq mədəni irsinin nümunəsi olan Əfqanıstan xalçasını AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.

AMEA-nın mətbuat xidmətindən bildirilib ki, 20-ci əsrə aid bu xalça muzeyin Etnoqrafiya Fonduna təhvil verilib.

Maddi-mədəniyyət nümunəsi Şərq kolleksiyasının zənginləşdirilməsi baxımından tarixi əhəmiyyətə malikdir.

report.az