M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Milli Məclisin deputatı, “Şöhrət” ordenli, Əməkdar Jurnalist, yazıçı Aqil Abbasın anadan olmasının 65 illiyi münasibətilə sərgi açılıb.
Kitabxanadan bildirilib ki, “Aqil Abbas–65” adlı kitab sərgisində yazıçının əsərləri, tərtib etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı, haqqında olan kitablar və qəzet-jurnal materialları sərgilənib.
Bildirilib ki, görkəmli yazıçının ədəbi-bədii və publisist yaradıcılığını əks etdirən sərgi bir həftə davam edəcək.
azertag.az