Türkiyədə İstanbul böyükşəhər bələdiyyəsi yeni işıqforlar dirəklərini istifadəyə verib. Şəhərin “Vətən” prospektində test mərhələsində olan və LED sistemlə (Light Emitting Diode – İşıq saçan diot) təchiz edilən işıqfor dirəkləri lampa ilə eyni rəngdə işıqlanacaq. Bu sistem İstanbulda 5 827 işıqforda tətbiq ediləcək.
Qeyd edək ki, İstanbul bələdiyyəsi LED sistemlə elektrik enerjisinə 80 faiz qənaət etməyi planlaşdırır. Hazırda bu sistemin sürücülərin gözünü qamaşdırmaması üçün tənzimlə işləri aparılır.
ANS PRESS