Bakı-Qazax yolunun üzərində tikilən simvolik “Gəncə qapıları” abidə-kompleksinin tikintisi başa çatmaq üzrədir.
Kompleksin böyük hissəsi artıq tikilib.
Gəncə şəhərinin baş memarı Əli Rüstəmli bildirdi ki, hazırda kompleksin son tamamlama işləri aparılır. Onun sözlərinə görə, işlərin may ayında tam başa çatdırılması nəzərdə tutulub.
Onun sözlərinə görə, kompleksin içərisində muzey olacaq. Muzeydə Gəncə haqqında məlumatlar, şəhərin tarixini, gözəlliyini əks etdirən lövhələr yerləşdiriləcək. Eyni zamanda insanlar üçün xidmət sahəsi təşkil ediləcək.
Ə.Rüstəmli qeyd etdi ki, “Gəncə qapılar”ı kompleksindən Nizami məqbərəsinə qədər olan sahədə dahi şairin “Xəmsə”sindəki səhnələri özündə əks etdirən görüntülər olacaq. Beş kilometrlik yol boyu yerləşdiriləcək mozaikalar, heykəllər oradan keçən insanlara Gəncə və Nizami haqda məlumatlar verəcək.
Milli.Az