PAŞA Bank biznes üçün unikal kart məhsulu olan Tacir Kartı daha da təkmilləşdirib
4.4.2018

Ticari prosesin iştirakçıları üçün nəzərdə tutulan Tacir Kart daha da təkmilləşdirilərək müştərilərin istifadəsinə verilib.

Bankdan verilən məlumata görə, Tacir Kart ticari prosesdə iştirak edən hər iki tərəf üçün faydalıdır: hazırda malların satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin sahibləri mal ünvanlı çatdırılma həyata keçirən iri distributorlardan alır. Sahibkarın aldığı malların ödənişləri nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. PAŞA Bank Tacir Kart istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, tərəflər arasında ticari əlaqələrin genişlənməsini və operativliyini təmin edir.

Tacir Kartın PAŞA POS terminalı ilə istifadəsinin Distribyutor üçün ən önəmli üstünlüklərindən biri 18% ƏDV-nin avtomatik hesablanması ilə yanaşı həmin məbləğin avtomatik çıxarılaraq sahibkarın adından vergi depoziti hesabına göndərilməsi imkanıdır. Nağdsız ödənişlərin qəbulunu POS-terminal ilə təchiz olunmuş ekspeditorlar özləri həyata keçirir.

Sahibkar üçün bu kart avtomatlaşdırılmış bir ödəmə imkanı yaradılır ki, bu da onların öz işlərini nağdsız şəkildə, daha çevik və operativ olaraq həll etməyə zəmin yaradır.

PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə, bank, məhsul və xidmətləri işləyib hazırlayarkən, əsas meyar olaraq müştərilərinin biznes ehtiyaclarını rəhbər tutur. “Əminik ki, Tacir Kartın istifadəsi PAŞA Bankın müştəriləri qarşısında geniş imkanlar açıb, onlara bizneslərin rəqabət üstünlüklərindən faydalanmağa yardım edəcək. Tacir kart məhsulu müştərilərimizə biznes əməliyyatlarını daha təhlükəsiz və səlis şəkildə həyata keçirmək və nağd vəsaiti daha səmərəli idarə etmək imkanı verəcək. Yeni strategiyamız çərçivəsində bank məhsul və xidmətlərinin rəqəmsallaşdırılmasının əsas prioritetimiz olduğunu nəzərə alaraq, müştərilərimizi əmin edirik ki, onlar Tacir kart məhsulu ilə bağlı təqdim olunacaq yeni və daha da geniş üstünlüklərdən faydalanmağa davam edəcəklər" - deyə, A.Qolovko qeyd edib.

Tacir Kartdan istifadənin əsas üstünlükləri:

Sahibkarlar üçün:


Alınan mal üzrə ƏDV-nin avtomatik ödənilməsi
Ən qısa müddətdə nağd dövriyyədən qeyri-nağd dövriyyəyə keçidin edilməsi
Hesabatlığın asanlaşması
Kredit xəttindən faydalanmaq imkanının olması
Hər distribyutor şirkət üzrə fərdi kredit limitlərinin müəyyən edilməsi imkanı
Hesaba pay point terminalları vasitəsi ilə mədaxilin edilməsi imkanı
Vaxta qənaətin edilməsi
Kartın bütün digər biznes ehtiyacları üçün rahat istifadə edilməsi
Sahibkarın POS-terminalını Tacir kart hesabına qoşmaqla gündəlik satış dövriyyəsinin kart hesabında əks olunması

Distribyutor şirkətlər üçün:

Pul dövriyyəsinin nağdsız formaya keçməsi
Alıcı sahibkarlara fərdi kredit limitlərinin müəyyən edilməsi
Şirkətin pul axınlarının effektiv idarə edilməsi
POS-terminal vasitəsi ilə bütün ödənişlərin qəbulu
Nağd vəsaitin qəbulu ilə əlaqəli risklərin azalması
Vəsaitin həmin gün hesaba köçürülməsi
İnkassasiya xidmətinə ehtiyacın olmaması
Hesabatlığın asanlaşması

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunub. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülüb. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən “Azərbaycanın ən yaxşı kommersiya bankı”, “Azərbaycanın ən yaxşı bank qrupu”, “Azərbaycanın ən yaxşı fərdi bankı” mükafatları ilə təltif edilib. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunub. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına, EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

trend.az