Türkiyənin yeni istehsal etdiyi “Çanakkale - Yolun Sonu” filmi dünyanın bir çox ölkələrində böyük maraq doğurub.
Qeyd olunan film Birinci Dünya Müharibəsində Osmanlı ordusunun böyük fəadakarlıq bahasına ingilislərə qalib gəldiyi Çanaqqala Döyüşünə həsr edilib.
Məlumata görə, hələ filmin çəkilişlərinin davam etdiyi müddətdə Almaniya, Azərbaycan, İngiltərə, Belçika, Fransa, Hollandiya, İsveçrə və daha bir çox ölkələr bu ekran əsərinin prokatı üçün sifariş veriblər.
Filmdə əsas rollardan birini “Kurtlar vadisi”nin “Memati”si Gürkan Uygun canlandırır. Eyni zamanda, tanınmış əcnəbi aktyorlardan Stefen Çeyns və Ben Uorvik də “Çanakkale - Yolun Sonu” filmində yer alıblar.
Haqqında danışılan filmin nümayişi bu il martın 18-nə planlaşdlırılıb.
Gün.Az