“Adama” filmi nümayiş olunacaq
4.4.2018

Aprelin 4-də “CinemaPlus Azerbaijan” kinoteatrında Fransanın Bakıdakı səfirliyi və Azərbaycan Fransız İnstitutu Simon Rubinin “Adama” animasiya filmini təqdim edəcək. Simon Rubi animasiya filmlərinin rejissorudur. “Adama” onun ssenari müəllifi Julyen Tilti ilə 2015-ci ildə ərsəyə gətirdiyi ilk animasıyasıdır.

Fransız İnstitutundan bildirilib ki, film aprelin 3-dən 8-dək keçirilən Frankofon Film Festivalı çərçivəsində nümayiş olunur. Filmdəki hadisələr 1916-cı ildə baş verir. Qərbi Afrikanın uzaq bir kəndində 12 yaşlı Adama yaşayır. Nassarasların hökmranlıq etdiyi sahil qayalarının o tayında, valehedici bir dünya var. Adama itkin düşən böyük qardaşı Sambanı ağsaqqalların qadağasına baxmayaraq, tapmağa qərar verir. Bu yol onu dənizin o tayına, şimala, Birinci Dünya müharibəsinin cəbhə xəttinə gətirib çıxarır.

Ekran əsəri fransızca, ingilis alt-yazıları ilə təqdim ediləcək. Giriş ödənişsizdir.


azertag.az