Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Azərbaycan Standartlaşdırma İnstitutunun tikinti laboratoriyalarında geniş sınaqlar aparılır. Mövcud 3 laboratoriya akkreditasiya edilib.
Bunu institutun baş direktoru Namiq Tağıyev deyib.
"Hazırda bu sahədə Böyük Britaniyanın Standartlaşdırma İnstitutu ilə əməkdaşlıq edilir. Həmçinin Fransanın eyni qurumu ilə əməkdaşlığa hazırlaşırıq", - o qeyd edib.
Bundan başqa, N.Tağıyevin sözlərinə görə, Azərbaycanda laboratoriyaların sayının artırılması istiqamətində işlər aparılır.
Baş direktor Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq imkanları barədə də danışıb: "Agentliklə əlaqələrimiz var. Onların hər hansı təklifli olsa, əməkdaşlığa tam açığıq".
report.az