Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
17.1.2013

Bakı və Abşeron yarımadasında yanvarın 18-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 0-3, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2-7, bəzi yerlərdə 9 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 20-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

APA