Almaniya ilə Fransa arasında barışıq rəmzi olan Yelisey Müqaviləsinin 50-ci ildönümü münasibətilə bu ölkələrin Azərbaycandakı səfirlikləri yanvarın 23-də musiqi axşamı, yanvarın 24-də film nümayişi təşkil edəcək.
Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 23-də keçiriləcək konsertdə fransız və alman bəstəkarlarının əsərlərindən seçilmiş repertuar, klassik və caz musiqi səslənəcək. Yanvarın 24-də isə məşhur alman rəqqasə və xoreoqrafı Pina Bausch haqqında Wim Wendersin "Pina" sənədli filminin nümayişi keçiriləcək.
Hər iki tədbir Kapellhaus konsert zalında keçiriləcək. Tədbirlərə giriş sərbəstdir.
APA